Kanadada meşə yanğınları - 11 min hektar ərazi yanıb

Dünya xəbərləri Materials 24 İyul 2026 11:24 (UTC +04:00)
Kanadada meşə yanğınları - 11 min hektar ərazi yanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Kanadanın Britaniya Kolumbiyası əyalətində meşə yanğınları 20-ə yaxın yaşayış evi və digər tikilini məhv edib.

Bu barədə "CBC" telekanalı məlumat yayıb.

Meşə yanğını bölgənin şimal-qərbində - Klinton şəhərinin ətrafında tüğyan edir. Yanğının ümumi sahəsi 11 min hektar ərazini əhatə edir. Küləyin təsiri altında yanğın sürətlə yayılır . Başqa yaşayış evlərinin də yanma təhlükəsi yaranıb.

Yanğın zonasının yaxınlığında yerləşən evlərdən sakinlər təxliyə ediliblər.

Can itkisi və yaralılar barədə məlumat daxil olmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti