Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binası belə görünəcək (FOTO)

Cəmiyyət Materials 24 İyul 2026 13:11 (UTC +04:00)
Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binası belə görünəcək (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ Universitetinin Mühəndislik fakültəsinin tikintisi davam etdirilən binasının görüntüləri yayımlanıb.

Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, ən müasir standartlara uyğun inşa edilən binada tələbələrin və akademik heyətin istifadəsinə veriləcək müasir auditoriyalar, laboratoriyalar, kitabxana və elmi-tədqiqat məkanları yaradılır.

Qeyd edək ki, Qarabağ Universitetinin Mühəndislik fakültəsində İstanbul Texniki Universiteti ilə ikili diplom proqramı çərçivəsində elektrik və elektronika mühəndisliyi, mexanika mühəndisliyi, kimya mühəndisliyi və inşaat mühəndisliyi ixtisasları üzrə dövlət hesabına tədris həyata keçiriləcək.

Tədris binasının cari ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti