Qaz qurğularının xəritələrindən istifadəyə görə dövlət rüsumu ləğv edilib

Siyasət Materials 24 İyul 2026 13:16 (UTC +04:00)
Qaz qurğularının xəritələrindən istifadəyə görə dövlət rüsumu ləğv edilib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv edilib.

Bu, Prezident İlham Əliyevin imzaladığı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ikə əlaqədar “Dövlət rüsumu haqqında” qanunda dəyişiklikdə öz əksini tapıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Qeyd edək ki, yeni “Qaz təchizatı haqqında” qanunda ləğv edilmiş 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə sifarişçilərə verilməsi müddəası nəzərdə tutulmadığından “Dövlət rüsumu haqqında” qanunda müvafiq dəyişiklik edilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti