ABŞ-nin İrana hücumlarına dəstək göstərən istənilən ölkə qanuni hədəf olacaq - Əraqçi

Dünya xəbərləri Materials 24 İyul 2026 10:54 (UTC +04:00)
ABŞ-nin İrana hücumlarına dəstək göstərən istənilən ölkə qanuni hədəf olacaq - Əraqçi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin İrana qarşı təcavüzündə iştirak edən və ya İslam Respublikasına zərbələrin endirilməsinə yardım göstərən istənilən ölkə İran Silahlı Qüvvələri üçün qanuni hədəf hesab olunacaq.

İran Xarici İşlər Nazirliyinin rəsmi “Telegram” kanalında yaydığı məlumata görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Çolpon-Atada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.

"İran ölkənin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq əzmində olduğunu bir daha təsdiqləyir və bəyan edir ki, İrana qarşı təcavüzdə istənilən iştirak, əməkdaşlıq və ya yardım müvafiq tərəflər üçün beynəlxalq məsuliyyət yaradacaq", – deyə Əraqçi bildirib.

Əraqçi ŞƏT ölkələrini həmrəyliyə və əməkdaşlığa çağıraraq, "təcavüzün diplomatiyanı, gücün hüququ, ikili standartların isə ədaləti əvəz etməsinə" imkan verməməyə səsləyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti