Bakı. Trend:
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Başsağlığında deyilir: "Pakistanın şimal-qərbində yerləşən
Hayber-Paxtunxva əyalətinin Tank rayonunda təhlükəsizlik
qüvvələrinin postuna partlayıcı ilə yüklənmiş avtomobillə edilən
hücum nəticəsində 12-si hərbçi olmaqla ümumilikdə 14 nəfərin həlak
olması və 24 nəfərin yaralanması barədə xəbər məni dərindən
kədərləndirdi.
Baş vermiş partlayış hadisəsi nəticəsində həlak olanlara rəhmət
diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə
dərin hüznlə başsağlığı verirəm. Yaralananlara isə tezliklə
sağalmaları üçün Allahdan şəfa diləyirəm.
Allah rəhmət eləsin".
