Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il iyunun 30-na olan vəziyyətə görə Azərbaycanda həyata keçirdiyi layihələrə ümumilikdə 3 milyard 748 milyon avro investisiya yatırıb.
Bankın məlumatına əsasən, AYİB bu günədək Azərbaycanda 202 layihəni maliyyələşdirib.
Məlumata görə, həmin layihələr üzrə 3 milyard 527 milyon avro vəsait ayrılıb və zəmanətlər təqdim olunub.
Hazırda AYİB-in Azərbaycandakı aktiv layihələr portfelinə 36 əməliyyat daxildir. Bankın cari layihələr portfelinin ümumi həcmi 892 milyon avro, əməliyyat aktivlərinin dəyəri isə 721 milyon avro təşkil edir.
Hesabata əsasən, AYİB-in Azərbaycandakı cari investisiya portfelinin 41%-i özəl sektorun, 1%-i isə kapital (equity) investisiyalarının payına düşür.
