ABŞ HƏMAS-la bağlı sanksiyaları genişləndirib

Dünya xəbərləri Materials 24 İyul 2026 11:40 (UTC +04:00)
ABŞ HƏMAS-la bağlı sanksiyaları genişləndirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Amerika Birləşmiş Ştatları HƏMAS radikal hərəkatı və beynəlxalq islamçı "Müsəlman qardaşları" hərəkatı ilə əlaqəli bir sıra fiziki və hüquqi şəxsləri sanksiyalar siyahısına daxil edib.

Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunub.

"ABŞ HƏMAS və "Müsəlman qardaşları"nı maliyyələşdirən bütün maliyyə infrastrukturunu aradan qaldırmağa çalışır", – deyə bəyanatda bildirilir.

Sanksiyalar Böyük Britaniyada yaşayan "Müsəlman qardaşları"nın Misir qanadının rəhbərliyinin nümayəndələrindən birinə, eləcə də digər ölkələrdə yerləşən daha üç fiziki və üç hüquqi şəxsə şamil edilib.

ABŞ bundan əvvəl, yanvar ayında "Müsəlman qardaşları"nın Livan, Misir və İordaniyadakı bölmələrini terror təşkilatı kimi tanımışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti