İran Kaya Kallasın İranla bağlı mövqeyini tənqid edib

Dünya xəbərləri Materials 25 İyul 2026 11:00 (UTC +04:00)
İran Kaya Kallasın İranla bağlı mövqeyini tənqid edib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın İranda insan haqlarının vəziyyətinə dair açıqlamasını tənqid edir.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai “X” sosial şəbəkəsində yazıb.

“Kaya Kallas Avropa İttifaqının İranda insan haqlarının vəziyyətindən nigaran olduğunu bildirir. Təəccübləndirici haldır ki, insan haqları doktrinası İran əhalisi və infrastrukturlarına qarşı hərbi hücumların texniki və lojistik dəstəyi ilə uyğunlaşır, lakin uşaqların öldürülməsini qınamaq və yaxud onların ailələrinin dərdinə şərik çıxmaqla uyğunlaşmır”, -deyə o bildirib.

İranlı rəsmi Avropa İttifaqının insan haqları bağlı mövqeyini şübhə altına alıb və onun açıqlamalarının Avropanın İrana qarşı hərəkətlərə dəstəyi kimi təsvir etdiyi məsələlərə zidd olduğunu bildirib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti