Səudiyyə Ərəbistanı Yəməndə husilərə aid obyektləri bombalayıb

Dünya xəbərləri Materials 25 İyul 2026 12:00 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Yəməndə husilərə aid obyektləri bombalayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya cümə günü Yəmənin qərbində yerləşən Hudeydə əyalətində İrana bağlı husilərin (“Ənsar Allah” qruplaşması) hərbi obyektlərinə zərbələr endirib.

Bu barədə "Reuters" məlumat yayıb.

Səudiyyə tərəfi həmin obyektlərdən kommersiya gəmiçiliyinə təhdid yaratmaq məqsədilə istifadə edildiyini bildirir.

Husilərlə əlaqəli “Əl-Məsirə” telekanalı zərbələrin Hudeydə şəhərində dövlət telekommunikasiya korporasiyasına məxsus obyektlərə və Qırmızı dənizdə yerləşən Kəmaran adasına endirildiyini bildirib.

Səudiyyə koalisiyasının nümayəndəsi Türki əl-Maliki Hudeydə limanının hücumun hədəfi olmadığını və Yəmənin Hudeyda, Ras-İsa və Salif limanlarının kommersiya gəmiləri üçün açıq qaldığını deyib. Koalisiya husilərin hücumlarını davam etdirəcəyi təqdirdə “güzəştsiz qarşılıq” verəcəyini vəd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti