Putinə yeni “MC-21” döyüş təyyarələri təqdim olunub

Dünya xəbərləri Materials 24 İyul 2026 22:51 (UTC +04:00)
Putinə yeni “MC-21” döyüş təyyarələri təqdim olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiya Prezidenti Vladimir Putinin İrkutsk Aviasiya Zavoduna səfərindən görüntülər yayılıb.

Rusiya liderinə МС-21 döyüş təyyarəsi seriyasından ilk 18-nin istehsalı prosesi nümayiş etdirilib. Həmçinin ona modernləşdirilmiş "Yak-130M" təlim-döyüş təyyarəsi təqdim olunub.

Putin yeni МС-21 təyyarəsinin pilot kabinəsinə də daxil olub.

Rusiya liderini səfər zamanı İrkutsk vilayətinin qubernatoru İqor Kobzev, "Rostex" Dövlət Korporasiyasının rəhbəri Sergey Çemezov və İrkutsk Aviasiya Zavodunun baş direktoru Andrey Soynov müşayiət ediblər.

Xəbər lenti

Xəbər lenti