Bakı. Trend:
Gürcüstanın bir neçə şəhərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Gürcü mediasının məlumatına görə, Tbilisi, Ozurgeti, Poti və Rustavi şəhərlərinin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayanıb.
Kəsintilər nəticəsində su nasoslarının fəaliyyəti də dayanıb. Bu səbəbdən Tbilisinin bəzi hissələrində su təchizatında problemlər yaranıb.
Elektrik paylayıcı şirkətlər baş verən kəsintilərin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, iyulun 24-də gecə saatlarında da Gürcüstanın müxtəlif bölgələrində elektrik enerjisinin verilişində fasilələr qeydə alınmışdı.
