Bakı. Trend:
ABŞ Serbiya məhsullarına tətbiq edilən idxal rüsumlarını müvəqqəti olaraq dayandırıb.
Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Serbiya Radio və Televiziyasına müsahibəsində məlumat verib.
Vuçiç bildirib ki, qərar bu axşamdan qüvvəyə minəcək və müəyyən müddət ərzində Serbiyadan ABŞ-a ixrac olunan mallara idxal rüsumu tətbiq olunmayacaq.
"Bu axşamdan etibarən və bir müddət ərzində rüsumlar sıfır olacaq", – deyə Serbiya prezidenti vurğulayıb.
Onun sözlərinə görə, bu güzəşt məhdud zaman kəsiyini əhatə
edəcək. Daha sonra isə Vaşinqton Serbiya məhsullarına 10–12 faiz
həcmində idxal rüsumu tətbiq etməyi planlaşdırır.