"TikTok" Avropa İttifaqının rəqəmsal qanunvericiliyinin tələblərini pozub

Dünya xəbərləri Materials 24 İyul 2026 23:59 (UTC +04:00)
"TikTok" Avropa İttifaqının rəqəmsal qanunvericiliyinin tələblərini pozub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa Komissiyası “TikTok”-da azyaşlı istifadəçilərin hesablarının Avropa İttifaqının rəqəmsal qanunvericiliyində nəzərdə tutulan təhlükəsizlik tələblərinə uyğun gəlmədiyi barədə ilkin araşdırma nəticələrini “TikTok” rəhbərliyinə göndərib.

Bu barədə Avrokomissiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda azyaşlı istifadəçilər hesablarını "ictimai" rejimdə saxlaya bilirlər. Bu isə onların videolarının platformada qeydiyyatdan keçməmiş şəxslər də daxil olmaqla internet istifadəçiləri üçün açıq olması deməkdir.

Bundan əlavə, 16–17 yaşlı istifadəçilərin paylaşdıqları məzmun heç bir məhdudiyyət olmadan digər istifadəçilərə tövsiyə oluna bilir.

Avrokomissiyanın fikrincə, bu vəziyyət uşaqların potensial cinayətkarların, kibertəqibçilərin, zorakılıq törədən şəxslərin və digər təhlükəli insanların diqqətini cəlb etməsi riskini artırır. Həmçinin kənar şəxslər onların şəxsi həyatı barədə ətraflı məlumat əldə edə bilərlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti