Ağdamdakı yanğınlar söndürülüb

Hadisə Materials 27 İyul 2026 11:22 (UTC +04:00)
Ağdamdakı yanğınlar söndürülüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Ağdamın Kəngərli və Papravənd kəndləri istiqamətindəki açıq sahələrdə baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ərazilərin minalanmış olması və havanın küləkli keçməsinə baxmayaraq, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Bildirilib ki, yanğınlar tam söndürülüb.

Qeyd edək ki, üç gün əvvəl rayonun Kəngərli kəndi ərazisində başlayan yanğın minadan təmizlənməmiş sahələrdə davam etdiyindən alov Göytəpə, Qərvənd, Şıxlar və Bayramlar kəndləri istiqamətində yayılıb. Həyata keçirilən tədbirlər nəticəsində alovun keçmiş təmas xəttinə yaxın yaşayış məntəqələrinə yayılmasının qarşısı alınıb.

Bundan əlavə, Ağdam rayonunun Sarıcalı kəndində açıq ərazidə baş verən yanğın da Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

FHN-dən bildirilib ki, görülən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların ətraf ərazilərə yayılmasına imkan verilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti