Bakı. Trend:
Kraudfandinq platformasının idarə edilməsi üzrə dövlət rüsumu təsdiqlənib
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Belə ki, hüquqi şəxslərin kraudfandinq platformasının idarə edilməsi fəaliyyəti üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) reyestrinə daxil edilməsi üçün 2 750 manat məbləğində dövlət rüsumu müəyyən edilir.
Dəyişikliyə əsasən, Kraudfandinq platformalarının operatorları Mərkəzi Bankın nəzarət subyektləri sırasına daxil edilir. Operatorlar fəaliyyətlərinə dair hesabatları AMB-yə təqdim etməli olacaqlar.
