Bakı.Trend:
Güclü külək Abşeron dairəvi xətti üzrə bəzi qatarların hərəkətində gecikməyə səbəb olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.
“Abşeron yarımadasında müşahidə olunan güclü külək səbəbindən bu gün səhər saatlarında elektrik enerjisinin təchizatında yaranan kəsinti Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bəzi qatarların hərəkətində qısamüddətli gecikmələrə səbəb olub",- deyə ADY-dən əlavə edilib.
Bildirilib ki, hazırda nasazlıq aradan qaldırılıb və qatarlar qrafikə uyğun hərəkətini davam etdirir.
