Bakı.Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) İordaniya ilə sərhəd yaxınlığında iki pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirib.
Bu barədə IDF-in Mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri İordaniya ilə sərhəd yaxınlığında aşkar edilən iki pilotsuz uçuş aparatını zərərsizləşdirib. PUA-lar İsrail sərhədini keçməyib", – deyə məlumatda bildirilir.
Hərbi qurumdan qeyd olunub ki, pilotsuz uçuş aparatlarının buraxıldığı yer müəyyənləşdirilir.
"Hava həyəcanı siqnalları prosedura uyğun olaraq aktivləşdirilməyib", – deyə IDF-in Mətbuat xidməti əlavə edib.
