Binəqədidə obyektdə yanğın baş verib (VİDEO)

Hadisə Materials 27 İyul 2026 13:06 (UTC +04:00)
Binəqədidə obyektdə yanğın baş verib (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Binəqədidə obyektdə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Binəqədi–Novxanı–Mehdiabad yolunda yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Nazirliyin məlumatına görə, havanın küləkli olmasına baxmayaraq, həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Faktla bağlı əlavə məlumat veriləcəyi bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti