Küləkli hava ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - “Azneft” İB

Gündəm Materials 27 İyul 2026 12:07 (UTC +04:00)
Küləkli hava ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - “Azneft” İB
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisində hava şəraitinin qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə “Azneft” İstehsalat Birliyi məlumat yayıb.

"Təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib. Bütün sahələrdə davamlı olaraq məlumatlandırma aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır", - deyə məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti