Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında tozlu hava müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova mediaya açıqlamasında bildirib ki, avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır.
“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır. Tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir”, - deyə əlavə edib.
