Türkiyə NATO missiyası üçün Estoniyaya beş F-16 qırıcısı göndərəcək

Dünya xəbərləri Materials 27 İyul 2026 09:00 (UTC +04:00)
Türkiyə NATO missiyası üçün Estoniyaya beş F-16 qırıcısı göndərəcək
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Türkiyə NATO missiyasında iştirak etmək üçün Estoniyaya beş F-16 qırıcısı göndərəcək.

Bu barədə, Hurriyet qəzeti məlumat verib.

Məlumata görə, Türkiyə NATO-nun Baltik ölkələrinin hava məkanının mühafizəsi (Baltic Air Policing) missiyasında iştirak etmək məqsədilə Estoniyaya beş ədəd F-16 qırıcısı və 181-ci eskadrilyanın 76 hərbi qulluqçusunu göndərəcək.

"Bu missiya NATO-nun şərq cinahının müdafiəsi baxımından böyük strateji əhəmiyyət daşıyır. O, Türkiyənin beynəlxalq çəkindirmə imkanlarının gücləndirilməsinə, müttəfiq qüvvələrlə qarşılıqlı fəaliyyətin inkişafına və strateji potensialının artırılmasına mühüm töhfə verəcək", – deyə Türkiyə Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Özdemir bildirib.

Avqustdan noyabr ayınadək rotasiya əsasında həyata keçiriləcək missiya öz qırıcı aviasiyası olmayan Latviya, Litva və Estoniyanın hava məkanının patrul xidmətini əhatə edəcək.

Ötən ilin dekabrında Bloomberg agentliyi NATO-nun Türkiyədən planlaşdırıldığından bir neçə ay əvvəl Baltik ölkələrinin hava məkanının patrul xidməti üçün F-16 qırıcıları ayırmağı xahiş etdiyini bildirmişdi. Məlumata görə, alyans bu təyyarələri Baltic Air Policing missiyasında istifadə etməyi və 2026-cı ilin avqust-dekabr aylarında Estoniyada rotasiya həyata keçirməyi planlaşdırır.

Türkiyə Hərbi Hava Qüvvələri daha əvvəl 2021-ci il 6 iyul – 15 sentyabr tarixlərində Polşanın, 2023-cü il 30 noyabr – 2024-cü il 2 aprel tarixlərində isə Rumıniyanın hava məkanının patrul xidmətini həyata keçirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti