Yaponiyanın Baş naziri dəstək reytinqinin azalmasının səbəblərini bilmədiyini deyib

Dünya xəbərləri Materials 27 İyul 2026 08:03 (UTC +04:00)
Yaponiyanın Baş naziri dəstək reytinqinin azalmasının səbəblərini bilmədiyini deyib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın Baş naziri Sanae Takaiçi hökumətinin dəstək reytinqinin hansı səbəbdən aşağı düşdüyünü bilmədiyini etiraf edib.

"Ola bilsin ki, reytinqlərin azalmasının səbəbi məlum deyil. Lakin biz ictimai rəyi nəzərə alacağıq", – deyə o, parlamentin aşağı palatasının büdcə komissiyasında deputatların suallarını cavablandırarkən bildirib.

Yaponiyanın aparıcı KİV-lərinin son günlər dərc etdiyi ictimai rəy sorğularının nəticələrinə əsasən, Takaiçinin rəhbərlik etdiyi Nazirlər Kabinetinə dəstək səviyyəsi rekord həddə enərək 53,7%-ə düşüb. Eyni zamanda, hökumətin fəaliyyətini bəyənməyənlərin payı 33,7%-ə çatıb ki, bu da Takaçi administrasiyasının fəaliyyəti dövründə ən yüksək göstəricidir.

Son aylarda Baş nazirin dəstək reytinqi ardıcıl olaraq azalır. Bu tendensiya "Sükan Bunsün" həftəlik jurnalında dərc olunan qalmaqallı materiallarla əlaqələndirilir. Nəşr iddia edir ki, Takaçinin yaxın çevrəsinə daxil olan əməkdaşlar ötən il hakim Liberal Demokrat Partiyasının sədr seçkiləri zamanı rəqibləri haqqında böhtan xarakterli videomaterialların yayılmasında iştirak ediblər.

Sanae Takaiçi isə bu ittihamları dəfələrlə qəti şəkildə rədd edib.

Xəbər lenti

Xəbər lenti