Ağcabədidə bədbəxt hadisə: traktorun təkəri altında qalan şəxs ölüb

Hadisə Materials 27 İyul 2026 11:34 (UTC +04:00)
Ağcabədidə bədbəxt hadisə: traktorun təkəri altında qalan şəxs ölüb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Qaraxanlı kəndində qeydə alınıb.

İlkin məlumata əsasən, 1993-cü il təvəllüdlü Tahir Əliyevin idarə etdiyi traktor elektrik dirəyinə çırpılıb. Hadisə zamanı traktorun pilləkənində dayanan həmkəndlisi Faiz Rzayev müvazinətini itirərək təkərin altında qalıb və ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faiz Rzayev xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti