Bakı. Trend:
Serbiya Prezidenti Aleksandr Vuçiçə qarşı ölüm təhdidi səsləndirməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Məhkəmənin qərarı ilə həmin şəxs barəsində istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib və o, istintaq təcridxanasına yerləşdirilib.
Məlumata görə, Kraquyevas şəhər sakini prezidenti ölümlə hədələyən paylaşımı "Facebook" sosial şəbəkəsində yayımlamaqda şübhəli bilinir və bu səbəbdən dindirilib.
Dindirilmə zamanı şübhəli şəxs qanunvericiliyin ona verdiyi susmaq hüququndan istifadə edib və ifadə verməkdən imtina edib.