Özbəkistanın XİN rəhbəri Azərbaycanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Siyasət Materials 27 İyul 2026 16:34 (UTC +04:00)
Özbəkistanın XİN rəhbəri Azərbaycanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
Nilcan Baxşəliyeva
Nilcan Baxşəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Özbəkistanın Xarici İşlər Naziri Bəxtiyor Saidov Azərbaycandan Özbəkistana yeni təyin olunmuş səfir Rəşad Məmmədovun etimadnaməsinin surətini qəbul edib.

Bu barədə Özbəkistanın Xarici İşlər Naziri Bəxtiyor Saidovun bəyanatında deyilir.

Bildirilib ki, görüş zamanı tərəflər siyasi dialoqun yüksək dinamikasının qorunub saxlanılması, eləcə də ticarət, investisiyalar, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

"Özbəkistan və Azərbaycanı əsrlərə söykənən qardaşlıq bağları, ortaq tarixi və mədəni köklər, eləcə də qarşılıqlı hörmət birləşdirir. Ölkələrimizin liderləri arasında yüksək etimada əsaslanan sıx münasibətlər sayəsində bu möhkəm təməl bu gün strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin yeni məzmunu ilə daha da zənginləşir", – deyə Saidov bildirib.

Nazir həmçinin əminliyini ifadə edib ki, Məmmədovun zəngin diplomatik təcrübəsi ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə və birgə layihələrin həyata keçirilməsinə dəstək verəcək.

"Biz əminik ki, səfirin geniş diplomatik təcrübəsi Özbəkistan və Azərbaycan arasında müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsinə və əməkdaşlığımızın yeni praktik nəticələrlə zənginləşdirilməsinə töhfə verəcək", – deyə Saidov qeyd edib.

R.Məmmədov etimadnaməsinin surətini təqdim edib və etimadnaməsini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim etdikdən sonra səlahiyyətlərinin icrasına rəsmi olaraq başlayacaq.

Qeyd edilib ki, son illərdə Özbəkistan və Azərbaycan ikitərəfli əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirərək münasibətlərini müttəfiqlik tərəfdaşlığı səviyyəsinə yüksəldib, həmçinin ticarət, investisiyalar, nəqliyyat, energetika və sənaye inkişafı sahələrində qarşılıqlı fəaliyyəti gücləndiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti