Azərbaycanda fermerlər üçün səyyar baytarlıq xidməti istifadəyə veriləcək

İqtisadiyyat Xəbər 27 İyul 2026 17:01 (UTC +04:00)
Azərbaycanda fermerlər üçün səyyar baytarlıq xidməti istifadəyə veriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Gəncə. Trend:

"AzerGold" QSC "Çevik baytar yardımı" adlı yeni layihəyə başlayır.

Trend-in QSC rəsmilərinə istinadən məlumatına görə, layihənin payız aylarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin dəstəyi ilə ictimaiyyətə təqdim edilməsi planlaşdırılır.

Qeyd olunub ki, layihə təcili tibbi yardım modelinə bənzər prinsiplə fəaliyyət göstərəcək. Belə ki, fermerlər çağrı mərkəzinə müraciət etdikdən sonra baytar briqadası birbaşa təsərrüfata gedərək heyvanı yerində müayinə edəcək, zəruri nümunələr götürəcək və ilkin baytarlıq müdaxiləsini həyata keçirəcək.

Bildirilib ki, layihənin əsas məqsədi, xüsusilə Daşkəsən kimi ucqar ərazilərdə yaşayan fermerlərin baytarlıq xidmətlərinə çıxışını asanlaşdırmaq və onların əlavə vaxt və maliyyə itkisinin qarşısını almaqdır.

Şirkət qeyd edib ki, layihənin ilkin mərhələdə Daşkəsən və Göygöl rayonlarını əhatə etməsi nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti