Qobustanda yeni avtomobil körpüsünün tikintisi başa çatıb (VİDEO)

Cəmiyyət Materials 27 İyul 2026 20:20 (UTC +04:00)
Qobustanda yeni avtomobil körpüsünün tikintisi başa çatıb (VİDEO)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində inşa edilən yeni avtomobil körpüsünün tikintisi yekunlaşıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Agentliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, layihə çərçivəsində köhnə körpü sökülərək onun yerində müasir standartlara cavab verən yeni biraşırımlı körpü inşa edilib. Körpü müasir mühəndislik tələblərinə uyğun layihələndirilərək tikilib.

Tikinti işləri çərçivəsində körpünün dayaqları və aşırım qurğusu inşa olunub, yanaşma hissələri abadlaşdırılıb, təhlükəsizlik çəpərləri, səki hissələri və digər yol infrastrukturu elementləri quraşdırılıb.

Artıq yeni körpü nəqliyyat vasitələrinin istifadəsinə verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti