Xaçmazın Xaspoladoba kəndində yenidən qurulan körpü keçidi istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 27 İyul 2026 14:30 (UTC +04:00)
Xaçmazın Xaspoladoba kəndində yenidən qurulan körpü keçidi istifadəyə verilib (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qudyalçayın Xaçmaz rayonunun Xaspoladoba kəndi ərazisindən keçən hissəsində yerləşən körpü əsaslı təmirdən sonra istifadəyə verilib.

Bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Təxminən 10 min nəfər əhalinin yaşadığı 9 kəndi rayon mərkəzi ilə birləşdirən körpü keçidi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında yenidən qurulub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yeni körpü keçidinə baxış keçirib, görülən işlərlə tanış olub.

Layihəyə əsasən, üç aşırımlı körpünün uzunluğu 63 metr, eni isə 12 metrdir. Müasir standartlara uyğun yenidən qurulan körpü Xaspoladoba və ətraf kəndlərdə yaşayan sakinlərin rayon mərkəzinə təhlükəsiz və rahat gediş-gəlişini təmin edir.

Baxış zamanı Elnur Rzayev yerli sakinlərlə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıb. Sakinlər yeni körpünün istifadəyə verilməsindən məmnunluqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti lham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti