Tramp Ağ Evdə Zelenski və Netanyahunu ayrı-ayrılıqda qəbul edəcək

Dünya xəbərləri Materials 28 İyul 2026 06:14 (UTC +04:00)
Tramp Ağ Evdə Zelenski və Netanyahunu ayrı-ayrılıqda qəbul edəcək

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp iyulun 28-də Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu və Ukrayna Prezidenti Volodimir Zelenski ilə ayrı-ayrılıqda görüşəcək.

Ağ Ev rəsmisinin sözlərinə görə, Netanyahu ilə Tramp İranla bağlı vəziyyəti, Livandakı Üçtərəfli Çərçivə üzrə əldə olunan irəliləyişi, eləcə də Abraham sazişlərinin genişləndirilməsi məsələsini müzakirə edəcəklər.

Zelenski və Tramp görüşündə isə Rusiya ilə Ukrayna arasında davam edən sülh prosesi müzakirə ediləcək.

Hər iki lider, həmçinin vəfat etmiş senator Lindsi Qrehemin dəfn mərasimində iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti