Türkiyədə güclü meşə yanğını başlayıb

Dünya xəbərləri Materials 28 İyul 2026 10:05 (UTC +04:00)
Türkiyədə güclü meşə yanğını başlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin Antalya vilayətinin Kaş rayonunda güclü meşə yanğını tüğyan edir. Havaların isti keçməsi və şiddətli küləyin təsiri altında alov qısa müddətə geniş ərazilərə yayılıb.

Bu barədə “Haber7” məlumat yayıb.

Meşə yanğınının söndürülməsinə havadan və qurudan müdaxilə edilir.

Yanğın üzümlü məhəlləsində yerləşən meşəlik ərazidə hələlik müəyyən edilməyən səbəbdən başlayıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Antalya Meşə Regional Müdirliyinin və yanğınsöndürmə xidmətinin qüvvələri cəlb olunub.

Yanğının söndürülməsinə ilkin mərhələdə 6 helikopter, 3 təyyarə, 14 yanğınsöndürən avtomobil (arazöz), 5 su təchizatı maşını, 2 operativ müdaxilə avtomobili cəlb edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti