Böyük Britaniyada milyonçuların sayı azalıb

Dünya xəbərləri Materials 28 İyul 2026 07:40 (UTC +04:00)
Böyük Britaniyada milyonçuların sayı azalıb

Bakı. Trend:

Böyük Britaniyada milyonçu sayının son illərdə kəskin azalaraq ən azı 2008-ci ildəki qlobal maliyyə böhranından sonrakı ən aşağı səviyyəyə endiyi açıqlanıb.

Bu barədə Adam Smit İnstitutunun dərc etdiyi araşdırmada məlumat verilib.

İnstitutun hazırladığı "Milyonçular İndikatoru"na görə, 2021-ci ildə ölkədə sərvəti 1 milyon funt sterlinqdən artıq olan 1 milyondan çox insan yaşayırdı. Lakin son beş il ərzində bu göstərici 422 min nəfərə qədər azalaraq 2008-ci ilin səviyyəsinə enib.

Araşdırmada qeyd olunur ki, bu azalmanın əsas səbəbləri yüksək faiz dərəcələri, Böyük Britaniya iqtisadiyyatına inamın zəifləməsi, real aktivlərin dəyərinin aşağı düşməsi, ağır vergi yükü və gələcəkdə vergilərin artırılacağı ilə bağlı gözləntilərdir.

Tədqiqat müəlliflərinin fikrincə, varlı insanların ölkəni tərk etməsi Böyük Britaniya iqtisadiyyatı üçün mənfi nəticələr yaradır. Bildirilir ki, milyonçuların biznes fəaliyyətləri və investisiyaları çoxsaylı iş yerlərinin yaradılmasına mühüm töhfə verib.

Xəbər lenti

Xəbər lenti