Bakı. Trend:
Ölkə ərazisində müşahidə olunan küləkli havanın bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin iyulun 28-i saat 10:00-a
olan məlumatına əsasən, hazırda ölkə ərazisinin bəzi yerlərində
küləkli hava davam edir.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin
maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 21,
Neftçalada 20, Naftalanda 18 m/s-yə çatır.
