“Qarabağ”ın sabiq futbolçusunun yeni klubu müəyyənləşdi

İdman Materials 28 İyul 2026 09:28 (UTC +04:00)
“Qarabağ”ın sabiq futbolçusunun yeni klubu müəyyənləşdi
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

“Qarabağ”ın sabiq futbolçusu Emmanuel Addaininin yeni komandası müəyyənləşib.

Belçikanın yüksək liqa təmsilçisi “OH Leuven” klubu 24 yaşlı qanalı cinah hücumçusu heyətinə qatdığını açıqlayıb.

Onunla 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Addai yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Addai 2024-26-cı illərdə “Qarabağ”da oynayıb. Bu yay onunla başa çatan müqavilənin müddəti uzadılmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti