Zelenski Trampla görüşmək üçün Vaşinqtona gedib

Dünya xəbərləri Materials 28 İyul 2026 09:50 (UTC +04:00)
Zelenski Trampla görüşmək üçün Vaşinqtona gedib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə səfər edib. Səfər çərçivəsində onun senator Lindsi Qremin dəfn mərasimində iştirak etməsi, həmçinin Prezident Donald Trampla görüşü planlaşdırılır.

"Artıq Amerika Birləşmiş Ştatlarındayam", – deyə Zelenskinin “Telegram” kanalında bildirilib.

Məlumata görə, ukraynalı dövlət başçısının proqramına Donald Tramp, onun komandası və Ukraynanın müdafiəsinə dəstək verə biləcək şəxslərlə görüşlər daxildir.

Zelenski vurğulayıb ki, bir nömrəli prioritet hava hücumlarından müdafiə sistemi və ABŞ ilə strateji əməkdaşlıqdır.

"Sülh daha da yaxınlaşmalıdır", – deyə o qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti