İrandan 7 kiloqramdan çox narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 28 İyul 2026 12:58 (UTC +04:00)
İrandan 7 kiloqramdan çox narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısı alınıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə 7 kiloqram 698 qram narkotik vasitənin və 790 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin ölkəyə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 7 kiloqram 368 qram, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində isə 330 qram marixuana, həmçinin 790 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti