"Beşiktaş" fransalı forvard üçün hərəkətə keçdi

İdman Materials 28 İyul 2026 13:26 (UTC +04:00)
"Beşiktaş" fransalı forvard üçün hərəkətə keçdi
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Fransa millisinin və “Kristal Pelas”ın hücumçusu Jan-Filip Mateta Türkiyədə oynaya bilər.

Fransa mediasının məlumatına görə, “Beşiktaş” 29 yaşlı hücumçu üçün artıq hərəkətə keçib.

Tərəflər arasında danışıqlar davam edir. Matetanı Səudiyyə Ərəbistanı klubları da heyətində görmək istəyir. Təcrübəli forvard yaxın günlərdə konkret seçimini etməlidir.

Onun “Kristal Pelas”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Mateta “Lion”, “Havr”, “Maynts” klublarında çıxış edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti