İspaniyada meşə yaxınları 171 min nəfərə zərər vurub

Dünya xəbərləri Materials 28 İyul 2026 12:11 (UTC +04:00)
İspaniyada meşə yaxınları 171 min nəfərə zərər vurub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İspaniyada meşə yanğınları ümumilikdə 171 mindən çox insanın həyatına təsir edib.

Bu barədə “Antena 3” telekanalı məlumat yayıb.

Yanğınlarla əlaqədar ölkənin bir sıra bölgələrində təxliyələr həyata keçirilib və hərəkət məhdudiyyətləri tətbiq olunub. Ən mürəkkəb vəziyyət Avila, Madrid, Toledo və Kastelyon əyalətlərində müşahidə olunur. Avilanın Burqohondo rayonunda baş verən yanğın 50 min hektardan çox ərazini məhv edib və İspaniyada indiyədək qeydə alınmış ən iri meşə yanğınına çevrilib. Kastelyon, Avila, Madrid və Toledo əyalətlərində yanğınlardan zərər çəkmiş ərazilərin ümumi sahəsi 85,5 min hektarı ötüb.

Avilada meşə yanğınları səbəbindən təxminən 40 min nəfər təxliyə edilib, daha 8,7 min sakin isə hələ də təcrid vəziyyətində qalır. Madrid Muxtar Birliyində təxminən 35 min nəfər evlərini tərk etməyə məcbur olub, 21 mindən çox sakinin isə hərəkəti məhdudlaşdırılıb. Kastelyon əyalətinin La-Val-d'Uişo rayonunda baş verən yanğın nəticəsində təxminən 10 min nəfər təxliyə olunub, daha 35 min sakin isə məhdudiyyətlərin tətbiq edildiyi zonada qalır.

Yanğınların söndürülməsinə yüzlərlə xilasedici və aviasiya qüvvələri cəlb olunub. İspaniya hakimiyyəti bəzi ərazilərdə vəziyyətin yaxşılaşdığını bildirsə də, ümumi vəziyyətin hələ də mürəkkəb olaraq qaldığını vurğulayır.

İspaniyada baş verən meşə yanğınları Avropanın digər ölkələrini, o cümlədən Yunanıstan və Portuqaliyanı da əhatə edən anomal istilərlə əlaqələndirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti