Moldovada 30 günlük həyəcan rejimi elan edilib

Dünya xəbərləri Materials 28 İyul 2026 11:00 (UTC +04:00)
Moldovada 30 günlük həyəcan rejimi elan edilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Moldova hökuməti ölkədə yanacaq çatışmazlığı səbəbindən energetika sektorunda 30 günlük həyəcan rejimi elan edib. Qərar hökumətin iclasında qəbul edilib.

“Respublika üzrə Energetika sektorunda 30 günlük həyəcan rejiminin elan edilməsini təklif edirəm”, – deyə ölkənin Baş naziri Vasile Tofan Nazirlər Kabinetinin xüsusi iclasında bildirib.

Nazirlər Kabinetinin üzvləri Baş nazirin təklifini dəstəkləyiblər. Bildirilir ki, qərar dövlət nəşrində dərc edildikdən sonra qüvvəyə minəcək.

Bir gün əvvəl Moldova hökuməti ölkədə Dunay çayında su səviyyəsinin azalması və Yaxın Şərqdə münaqişənin gərginləşməsi səbəbindən dizel yanacağı qıtlığı yarandığını açıqlamışdı.

Bundan əvvəl isə ölkənin Ətraf Mühit Nazirliyi isti hava şəraiti və iqlim dəyişiklikləri fonunda Dnestr çayında su səviyyəsinin kritik həddə endiyini bəyan etmişdi. Moldova hakimiyyəti vətəndaşları sudan qənaətlə istifadə etməyə çağırıb və Ukraynaya su buraxılışının artırılması ilə bağlı rəsmi müraciət etmək imkanını nəzərdən keçirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti