Yaponiyada güclü zəlzələ ticarət mərkəzini çökdürdü

Dünya xəbərləri Materials 28 İyul 2026 16:30 (UTC +04:00)
Yaponiyada güclü zəlzələ ticarət mərkəzini çökdürdü
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın cənub-qərbində yerləşən Kyuşu adasında baş verən güclü zəlzələ nəticəsində "Aeon Mall Kumamoto" iri ticarət mərkəzi çöküb.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar zamanı binanın ikinci mərtəbəsi uçub. Təxminən 200 ziyarətçi vaxtında təxliyə edilsə də, çox sayda insan dağıntılar altında qalıb və ya binanı tərk edə bilməyib.

Hazırda xilasedicilər binada qalan insanların xilas edilməsi üçün əməliyyata hazırlaşırlar.

Rəsmi məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti