Bakı.Trend:
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən göstərilən xidmətlərdən 27-si elektronlaşdırılıb.
Trend-in mediaturdakı müxbiri xəbər verir ki, bu barədə DMX-nin məsul əməkdaşı Aygül Abbaszadə “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində məlumat verib.
Onun sözlərinə görə, qaçqınların müraciətlərinin elektron qaydada qəbulu həyata keçirilmir.
O qeyd edib ki, Dövlət Miqrasiya Xidmətinin 9 regional idarəsi fəaliyyət göstərir. Bundan əlavə, sərhəd buraxılış məntəqələrində də miqrasiya şöbələri fəaliyyət göstərir.
A.Abbaszadənin sözlərinə görə, xidmətin çağrı mərkəzi Azərbaycan, ingilis və rus dillərində həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərir.
O əlavə edib ki, DMX tərəfindən göstərilən 16 xidmət üzrə heç bir dövlət rüsumu tutulmur.
