Salyanda keçmiş kürəkənini ov tüfəngi ilə qətlə yetirən şəxs saxlanılıb

Cəmiyyət Materials 29 İyul 2026 08:32 (UTC +04:00)
Salyanda keçmiş kürəkənini ov tüfəngi ilə qətlə yetirən şəxs saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Salyanda keçmiş kürəkənini ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, hadisə iyulun 29-na keçən gecə Salyan rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, 1966-cı il təvəllüdlü Natiq Sadıqov sərxoş vəziyyətdə yaşadığı evin həyətində baş verən münaqişə zamanı ov tüfəngi ilə keçmiş kürəkəni, 1980-ci il təvəllüdlü Famil Lətifovu güllələyərək qətlə yetirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində N.Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin törədilməsində istifadə olunduğu bildirilən ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti