Donald Tramp Ağ Evdə Volodimir Zelenskini qəbul edib

Dünya xəbərləri Materials 28 İyul 2026 22:26 (UTC +04:00)
Donald Tramp Ağ Evdə Volodimir Zelenskini qəbul edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 28-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Volodimir Zelenski arasında təxminən bir saat davam edən görüş keçirilib.

Bu barədə Ağ Evin mətbuat nümayəndələrinin yaydığı məlumatda bildirilir.

Newsmax telekanalının jurnalisti Nana Sadjayanın sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenski "məzmunlu görüş" keçiriblər. Görüşdə digər məsələlərlə yanaşı, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun və Trampın kürəkəni Cared Kuşnerin Kiyevə mümkün səfəri müzakirə olunub.

"Tramp və Zelenskinin Oval kabinetdəki görüşündə iştirak edən mənbə mənə bildirdi ki, bu, "çox məzmunlu" görüş olub. Müzakirə olunan mövzular arasında müharibənin dayandırılması ilə bağlı qərarlar, uzunmüddətli məqsəd kimi lisenziyalaşdırma öhdəliklərinin təsdiqi, həmçinin diplomatik səylərə yeni təkan vermək məqsədilə Uitkoff və Kuşnerin Kiyevə səfəri də yer alıb", – Sadjaya X sosial şəbəkəsində yazıb.

Jurnalist Kristofer Miller isə qeyd edib ki, görüşün gedişi ilə tanış olan mənbələrin bildirdiyinə görə, Uitkoff və Kuşner Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması istiqamətində diplomatik səyləri yenidən canlandırmaq məqsədilə ilk dəfə Kiyevə səfər etməyə razılıq veriblər. Səfərin dəqiq tarixi hələ müəyyən edilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti