Bakı.Trend:
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin sığorta ödənişlərinin həcminə görə renkinqi açıqlanıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 547,9 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Bankın məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,2 faiz çoxdur.
Hesabat dövründə ən böyük həcmdə sığorta ödənişini "Paşa Həyat Sığorta" ASC həyata keçirib – 339,536 milyon manat. 81,747 milyon manat ödənişlə ikinci yeri "Paşa Sığorta" ASC, 55,488 milyon manat göstərici ilə üçüncü yeri isə "Atəşgah Həyat" Sığorta Şirkəti tutub.
2026-cı ilin yanvar-iyun aylarında sığorta ödənişlərinin həcminə görə Azərbaycanın sığorta şirkətlərinin reytinqi:
|
Şirkətin adı |
Məbləğ (mln manat) |
|
Paşa Həyat Sığorta |
339,536 |
|
Paşa Sığorta |
81,747 |
|
Atəşgah Həyat sığorta şirkəti |
55,488 |
|
Atəşgah sığorta şirkəti |
19,967 |
|
Qala Sığorta |
12,323 |
|
Azərbaycan Sənaye Sığorta |
8,982 |
|
Meqa Sığorta |
8,586 |
|
A-Qroup sığorta şirkəti |
6,651 |
|
Xalq Sığorta |
5,064 |
|
Xalq Həyat sığorta şirkət |
2,717 |
|
Meqa Həyat Sığorta ASC |
2,641 |
|
Qala Həyat |
1,664 |
|
AzSığorta |
789 |
|
İpək Yolu Sığorta |
7 |
Qeyd edək ki, AMB-nin məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri üzrə ümumilikdə 867,396 milyon manat məbləğində sığorta haqqı toplanıb.
AMB-nin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 50,3 milyon manat və ya 6,16 faiz çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi 549,682 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 117,5 milyon manat və ya 27,2 faiz çoxdur.
Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abbas Miskərli Trend-ə özəl müsahibəsində bildirib ki, Azərbaycanda sığorta bazarı sahəsində yeni islahatlara hazırlıq görülür.
İcraçı direktor əlavə edib ki, Azərbaycanın sığorta qanunvericiliyində aparılan davamlı yeniliklər də xarici tərəfdaşların marağına səbəb olur.
“Mərkəzi Bank sığorta sektorunun inkişafı istiqamətində ardıcıl iş aparır. Qanunvericilikdə edilən dəyişikliklər, qarşılaşdığımız problemlər və onların həlli yolları digər ölkələr üçün də faydalı təcrübə rolunu oynayır”, - deyə A.Miskərli bildirib.
O, həmçinin yaxın dövrdə sığorta sektorunda bir sıra mühüm yeniliklərin həyata keçiriləcəyini diqqətə çatdırıb.
“Forum çərçivəsində səsləndirilən çıxışlarda da qeyd olunduğu kimi, sığorta qanunvericiliyinə bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu dəyişikliklərin bir hissəsi sığorta vasitəçilərinin fəaliyyətini əhatə edəcək”, - deyə o qeyd edib.
A.Miskərlinin sözlərinə görə, fiziki şəxslər üçün icbari əmlak sığortasının təkmilləşdirilməsi istiqamətində də işlər aparılır.
