Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə iki nəfər batıb

Hadisə Materials 28 İyul 2026 21:41 (UTC +04:00)
Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə iki nəfər batıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş - 2009-cu il təvəllüdlü Ağazadə Rahil Tarıyel oğlu xilas edilib.

Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2009-cu il təvəllüdlü İsmayılzadə Nurlan Mövlud oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti