Ağ Evdə Trampla Netanyahu arasında görüş keçirilib

Dünya xəbərləri Materials 28 İyul 2026 22:26 (UTC +04:00)
Ağ Evdə Trampla Netanyahu arasında görüş keçirilib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə görüş keçirilib.

Görüş mediaya qapalı olub və təxminən 1,5 saat davam edib.

Görüşdə Amerika tərəfini ABŞ-nin vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff təmsil edib.

Ağ Evin mətbuat katibi Kerolayn Livit görüşün pozitiv və məhsuldar keçdiyini açıqlayıb.

"Bu, ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə çox müsbət və xoş atmosferdə keçən görüş idi. Liderlər arasında nə qədər güclü qarşılıqlı anlaşmanın olduğu aydın görünürdü", – deyə TASS agentliyinə danışıqların təfərrüatlarından məlumatlı olan digər yüksək vəzifəli mənbə bildirib.

O əlavə edib ki, "Baş nazir və Prezident ümumi məqsədlərini bir daha təsdiqləyiblər: İran heç bir halda nüvə silahına sahib olmamalıdır", – mənbə vurğulayıb.

Netanyahu ilə Tramp arasında keçirilən bu görüş Trampın ABŞ prezidenti vəzifəsinə yenidən seçilməsindən sonra baş tutan artıq səkkizinci görüşdür.

Xəbər lenti

Xəbər lenti