Araz çayında batma təhlükəsi ilə üzləşən gənc xilas edildi (VİDEO)

Hadisə Materials 29 İyul 2026 09:31 (UTC +04:00)
Araz çayında batma təhlükəsi ilə üzləşən gənc xilas edildi (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Araz çayında batma təhlükəsi ilə üzləşən 22 yaşlı gənc xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Araz çayının İmişli rayonu, Qaralar kəndindən keçən hissəsində bir nəfərin çayda batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş – 2003-cü il təvəllüdlü İsmayıllı Ramin İmanqulu oğlu xilas edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti