Rusiyada uçuşda olan sərnişin təyyarəsinin mühərriki yanıb

Dünya xəbərləri Materials 29 İyul 2026 11:27 (UTC +04:00)
Rusiyada uçuşda olan sərnişin təyyarəsinin mühərriki yanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend

Rusiyanın “S7” aviaşirkətinə məxsus təyyarə mühərrikində baş verən yanğın səbəbindən havaya qalxdıqdan sonra Novosibirsk hava limanına geri qayıdıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin Şərq Regionlararası Nəqliyyat üzrə İstintaq İdarəsinin Mətbuat xidməti məlumat yayıb.

Təyyarənin göyərtəsində 6 ekipaj üzvü və 160 sərnişin olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İstintaq orqanları mühərrikdə baş verən yanğının səbəblərini araşdırır. Yanğın ekipajın səyləri ilə söndürülüb, təyyarə isə normal rejimdə eniş edib.

"İlkin məlumata görə, 2026-cı il iyulun 29-da Novosibirsk–Krasnodar marşrutu ilə uçan hava gəmisinin mühərrikində uçuş zamanı yanğın baş verib. Bununla əlaqədar ekipaj təyyarəni uçuşun başladığı hava limanına geri qaytarmaq qərarı verib", – məlumatda bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti