Hər qanunsuz fəaliyyət göstərən əcnəbi deportasiya edilmir - DMX rəisi

Cəmiyyət Materials 29 İyul 2026 11:35 (UTC +04:00)
Hər qanunsuz fəaliyyət göstərən əcnəbi deportasiya edilmir - DMX rəisi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Hər qanunsuz fəaliyyət göstərən əcnəbi deportasiya edilmir.

Trend-in mediaturdakı müxbiri xəbər verir ki, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilərin mütləq iş icazəsi olmalıdır və tənzimlənməyən miqrasiya ilə mübarizə istiqamətində zəruri tədbirlər görülür.

“Hər qanunsuz fəaliyyət göstərən əcnəbi deportasiya edilmir. Miqrasiya Xidməti iki kateqoriya əcnəbi şəxsi saxlayır. Birinci, özünün könüllü müraciəti əsasında saxlanılan şəxslərdir. İkinci isə barəsində deportasiya qərarı qəbul edilmiş şəxslərdir”, – deyə V.Hüseynov bildirib.

DMX rəisi qeyd edib ki, gələn il Dövlət Miqrasiya Xidmətinin fəaliyyətə başlamasının 20 ili tamam olacaq.

Onun sözlərinə görə, ölkəyə viza ilə daxil olan əcnəbilərin qeydiyyatı, vizanın müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq icazələrinin, iş icazələrinin verilməsi, gələcəkdə Azərbaycan vətəndaşlığının əldə edilməsi ilə bağlı müraciətlərə baxılması, qaçqın statusu üzrə müraciətlərin qiymətləndirilməsi, həmçinin zəruri hallarda əcnəbilərin ölkə hüdudlarından kənara çıxarılması Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərini təşkil edir.

V.Hüseynov əlavə edib ki, hazırda 17 dövlətin vətəndaşları Azərbaycana vizasız səfər edə bilirlər.

“Yaponiya, Oman, Koreya və Bosniya və Herseqovina vətəndaşlarının ölkəyə gəlişi isə birtərəfli viza rejimi çərçivəsində təmin olunur”, – deyə o vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti