Nyu-Yorkda kondisionerlə yayılan xəstəlikdən ölənlərin sayı 6 nəfərə çatıb

Dünya xəbərləri Materials 29 İyul 2026 16:00 (UTC +04:00)
Nyu-Yorkda kondisionerlə yayılan xəstəlikdən ölənlərin sayı 6 nəfərə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Nyu-Yorkda Legioner xəstəliyinin yayılması nəticəsində ölənlərin sayı altıya çatıb.

Bu barədə Nyu-York Şəhər Səhiyyə Departamentinin rəhbəri Alister Martin məlumat verib.

"Hazırda 90 yoluxma halı qeydə alınıb. Onlardan 65 nəfər xəstəxanadan evə buraxılıb, 6 nəfər vəfat edib. Daha 6 nəfər isə xəstəxanada müalicə olunur", - deyə Martin "X" sosial şəbəkəsində yazıb.

Xəstəliyin ilk halları iyulun 2-də qeydə alınıb. Şəhər hakimiyyəti Manhettenin nüfuzlu Yuxarı Vest-Sayd rayonunda yerləşən 76 binanın soyutma sistemlərində canlı və ya ölü Legionella bakteriyalarının izlərini aşkarlayıb. Binaları idarə edən şirkətlərə həmin sistemlərin dezinfeksiya olunması tapşırılıb.

Legionellyoz və ya Legioner xəstəliyi - Legionella cinsinə aid bakteriyaların törətdiyi pnevmoniya növüdür. Bu bakteriyalar isti suda çoxalır. İnsanlar bakteriyalarla çirklənmiş su buxarını tənəffüs etməklə yoluxa bilərlər. Xəstəlik insandan insana keçmir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti