Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor müavini təyin olunub

Cəmiyyət Materials 29 İyul 2026 12:40 (UTC +04:00)
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor müavini təyin olunub
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Beyləqan. Trend:

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında yeni kadr təyinatı həyata keçirilib.

Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Orxan Əyyub oğlu Əsədzadə xəstəxananın direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin edilib.

Orxan Əsədzadə bu təyinata qədər Beyləqan Mərkəzi Rayon Xəstəxanasının Xəstə Xidmətləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Yeni vəzifəsində o, xəstəxananın inzibati idarəetmə istiqamətinə rəhbərlik edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti